Hesabınız

Əgər siz bura yeni daxil olmusunuzsa, ilk olaraq qeydiyyatdan keçin.

İmtahan vermək üçün:
İlk olaraq, sistemdə qeydiyyatdan keçmək, sonra isə sistemə daxil olaraq, Testlər hissəsindən lazım olan imtahanı seçmək lazımdır.

İmtahan verərkən cavablara fikir verin.
Əgər cavabların qabağındakı fiqur dairəvi (radiobutton) formadadırsa, demək, sualın bir cavabı var, əgər kvadrat (checkbox) formadadırsa, demək, sualın bir və ya daha çox cavabi var.

Sertifikatı almağa gələrkən:
Özünüzlə Şəxsiyyət vəsiqənizi, sertifikatın pulunu götürüb, ID nömrənizi yadınızda saxlayaraq, bizim mərkəzə yaxınlaşa bilərsiniz.

ID nömrənizi öyrənmək üçün:
Sadəcə olaraq öz hesabınıza daxil olmağınız lazımdır. Bu zaman ilk səhifədə sizin adınızın altında ID nömrəniz yazılacaqdır.

Sertifikatın növləri:
Sistemdə üç növ sertifikat mövcuddur. Sualların 50%-74%-inə düzgün cavab verdikdə, "Bronz sertifikat", 75%-89%-inə cavab verdikdə, "Gümüş sertifikat", 90%-indən çoxuna cavab verdikdə isə, "Qızıl sertifikat"ın sahibi olursunuz.

Sertifikatı alarkən:
Sizə bir forma veriləcək, orda lazımi xanaları doldurub, sonra isə kağızda üç suala cavab verməlisiniz. Bu suallar sizin imtahan verərkən düzgün cavablandırdığınız suallardandır.

Sertifikatın düzgünlüyünü yoxlamaq üçün:
Sertifikatı yoxla linkinə daxil olub, orda istifadəçinin ID nömrəsini yazmaq lazımdır. Əgər həqiqətən də istifadəçi sertifikatı alıbsa, onda həmin nəticə orda görünəcəkdir.

Saxtakarlıqdan qaçmaq üçün:
Hər bir sertifikatın üzərində onu yoxlamaq üçün link yazılır (səhifə ünvanı). Əgər o linkdə (internetdən daxil olarkən) həmin sertifikat haqqında məlumat yoxdursa, demək, sertifikat saxtadır.

Sertifikatın görünüşü:
Click to Enlarge



YER Hostinq